SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetinin gənc kulinarları qızıl medalın sahibi olublar. Bu haqda bu gün, 14 aprel tarixində Cenublu.az LDU-ya istinadən xəbər verir.

Heydər Əliyev adına Bakı Gənclər Mərkəzində “Novruz süfrəsi” adlı Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti Tahir Əmiraslanovun 65 illiyinə həsr edilmiş Yaradıcılıq günü və təhsil alan gənc kulinarların 5-cı respublika çempionatı keçirilib.

Çempionatda Lənkəran Dövlət Universitetini Texnologiya və texnika elmləri kafedrasının baş müəllimi Azər Calalov, Qida məhsulları mühəndisliyi ixtisasının 4-cü tədris ili tələbəsi Ceyran Cəmilzadə və Qida təhlükəsizliyi ixtisaslaşması üzrə 1-ci tədris ili magistrantı Rasif Qurbanovdan ibarət komanda təmsil edib.

Yüksək rəqabətlilik şəraitində keçən çempionatda Lənkəran Dövlət Universitetinin komandası “Mövzunu tam əhata etdiyinə görə” nominasiyasında birinci yerə layiq görülüb və müvafiq diplomla mükafatlandırılıb.