Lənkəran Dövlət Universiteti (LDU) “Tələbə Mediası” layihəsində iştirak edir. Bu haqda məlumat LDU-nin rəsmi Facebook səhifəsi verilib.
Layihə çərçivəsində 19-21 oktyabr 2021-ci il tarixində LDU-nin tələbələri üçün 3 günlük təlimlər keçirilib. Təlimlər tələbələri düşündürən mövzuların mediada daha yaxşı əks olunması, məqalə yazmaq, fotoreportaj hazırlamaq, video çəkmək və digər məsələləri əhatə edib.
Qeyd edək ki, layihə çərçivəsində 01-04 noyabr tarixlərində Almaniya ali məktəblərinə tələbə həyatı, qurumları və mediası ilə yaxından tanışlıq məqsədilə 4 günlük onlayn səfər, 22-26 noyabr tarixlərində isə tələbələr üçün Bakıda 5 günlük tədbir nəzərdə tutulub. Təlimlərdə iştirak ödənişsizdir, bütün səfər və qonaqlama xərci layihə büdcəsindən ödəniləcəkdir.