Bu gün Lənkəran Dövlət Universitetində (LDU) 2020-2021-сi tədris ilinin yaz-payız imtahan sessiyasının nəticələrinə görə uğur qazanan tələbələrə “Adlı təqaüd” təqdim edilib. Bu haqda məlumatı LDU-nun rəsmi Facebook səhifəsi verib.
Təqdimetmə mərasimində LDU-in Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru, Həmkarlar Komitəsinin sədri, “Aqrar və mühəndislik” və Tarix-coğrafiya və incəsənət” fakültələrinin dekanları iştirak ediblər.
“Adlı təqaüd”ə layiq görülən tələbələr:
1.Əliyeva Günəş Müşfiq qızı-Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının III kurs tələbəsi
2.Piriyev Əvəzağa Elman oğlu-Baytarlıq ixtisasının V kurs tələbəsi.
Qeyd edək ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) təqdim etdiyi “Adlı təqaüd”ün məbləği 300 manatdır.