SON XƏBƏRLƏR

Lənkəran Dövlət Universitetində (LDU) Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı keçirilib. Bu haqda məlumat bu gün, 29 oktyabr tarixində LDU-nun rəsmi Facebook səhifəsi verib.

“Nizami Gəncəvi yaradıcılığında vətən məhəbbəti” mövzusunda baş tutan onlayn konfransı universitetin rektoru, professor Natiq İbrahimov açıq elan edib. Daha sonra filologiya elmləri doktoru Yədulla Ağazadənin, tarix üzrə  fəlsəfə doktoru, dosent Emin Məlikovun və tarix üzrə fəlsəfə doktoru Elnur Həsənovun məruzələri dinlənilib.

Sonda LDU-nun və digər ali təhsil ocaqlarını, AMEA-nın Elmi institutlarını təmsil edən müəllim, doktorant və dissertantların 30-a qədər elmi tezisləri dinlənilib.