LDU-da ERASMUS+KA2 layihəsi üzrə məlumatlandırma sessiyası keçirilib. Bu haqda məlumatı bu gün, 2 noyabr tarixində LDU-in rəsmi Facebook səhifəsində paylaşıb.
Sessiyada Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən və LDU-in tərəfdaş olduğu ERASMUS+ KA2 proqramı çərçivəsində “Azərbaycanda Rektorlar konfransının yaradılması” (ECAR) layihəsi baş tutub.
“Qida məhsulları mühəndisliyi”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Meşəçilik IIA-B” ixtisaslarının tələbələri sessiyada iştirak ediblər. Sessiya çərçivəsində layihənin əhəmiyyəti, məqsədi, yerli və Avropa partnyorları və yaradılacaq Rektorlar Konfransının Azərbaycanda ali təhsilin inkişafına verə biləcəyi tövfələr barədə məlumatlar verilib.