SON XƏBƏRLƏR

Lənkəranlılar “Küləyə qalib gəl” marafonunda iştirak ediblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 may tarixində verir.

Belə ki, YAP Lənkəran rayon 2 saylı ərazi partiya təşkilatının üzvləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Lənkəran-Astara Regional Filialının əməkdaşları Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən marafonda iştirak ediblər.

Marafonda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və digər dövlət rəsmiləri iştirak ediblər.