Lənkəranlı qız olimpiadada Azərbaycan dili və ədəbiyyat fənnindən respublika üzrə ən yüksək bal toplayıb. Bu haqda bu gün, 9 may tarixində Cenublu.az Liman şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə istinadən xəbər verir.
V.Həsənov adına Liman şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Xasiyeva Ülviyyə Şahin qızı Respublika Fənn Olimpiadasının final mərhələsində Azərbaycan dili və ədəbiyyat fənnindən respublika üzrə ən yüksək bal toplayaraq birinci yeri qazanıb və qızıl medala layiq görülüb.