SON XƏBƏRLƏR

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Game TV-nin təşkilatçılığı ilə ümumi təhsil məktəblərinin şagirdləri arasında keçirilən “Əlaçı” televiziya layihəsinin qalibi bu dəfə lənkəranlı şagird olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 may tarixində verir.

Lənkəran Klubunun üzvü olan Gülzadə Miriyeva əvvəlcə zona seçim turunda yüksək nəticə göstərərək respublika finalına vəsiqə qazanıb. Final mərhələsində rəqiblərini üstələyərək verlişin qalibi olmağı bacaran Gülzadə Elm və Təhsil Nazirliyi tərəfindən mükafatlandırılıb.

Qeyd edək ki, Gülzadə Miriyeva Lənkəran şəhər 6 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir.