Lənkəranlı müəllim işə qəbul imtahanında ən yüksək nəticəni əldə edib. Bu haqda bu gün, 31 avqust tarixində Cenublu.az xəbər verir.
Söhbət müəlim Əlizadə Bağırdan gedir. Müəllim yaşayış yeri üzrə ən yüksək nəticəni (94.8750) göstərib. İstisu qəsəbəsindən olan Bağır müəllim 5 il müddətində Tüado kənd məktəbində şagirdlərə tarix fənni üzrə təhsil verib.
Son göstəriciyə əsasən, müəllim Darquba kənd məktəbinə təyin olunub. 2 övladı olan müəllimimiz əldə etdiyi nəticəyə görə və Darquba kəndinin təhsil ocağında çalışacağına görə fəxr hissi keçirdiyini bildirib.