SON XƏBƏRLƏR

Lənkəranlı şagird Beynəlxalq İngilis dili Olimpiadasının final turuna vəsiqə qazanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 yanvar tarixində verir.

Belə ki, rayonun Viyən kənd tam orta məktəbinin şagirdi Həsən Babazadə İngiltərənin “Brooke House College”-nin təşkilatçılığı ilə keçirilən olimpiadanın final turunda iştirak edəcək.

Qeyd edək ki, olimpiadanın finalı Malayziya, İtaliya və İngiltərədə keçiriləcək.

Finala vəsiqə
Lənkəran rayonu Viyən kənd tam orta məktəb