SON XƏBƏRLƏR

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü ildə Litvada keçirilmiş Avropa Birinciliyində gümüş medal qazanıb, 2019-cu ildə Azərbaycan Kubokunun, 2014-cü ildə Respublika birinciliyinin, 2011-ci ildə Zirvə kubokunun, İdman məktəblərinin 4-cü Respublika oyunlarının, 2019-cu ildə Azərbaycan çempionatının qalibi olub.

2020-ci və 2021-ci illərdə Azərbaycan çempionatında gümüş medalın sahibi olub.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alıb. Hal-hazırda Lənkəran şəhər 10 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi və Lənkəran Şəhər Gənclər və İdman İdarəsində ağır atletika üzrə məşqçi-müəllim vəzifəsində çalışır.

Məşqçi-müəllimi Teymur Əliquliyev olub.