SON XƏBƏRLƏR

Əslən Lənkəran rayonunun Xolmili kəndindən olan Aytən Alim qızı Babayevanın Fransada kitabı dərc olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 sentyabr tarixində verir.

Gənc yazarın “Qida pozuntusundan sağalmaq” adlı kitabı Fransanın Səhiyyə Nazirliyi tərəfindən yoxlanılıb və satışa buraxılması üçün icazə verilib. Aytən kitabını 2020-ci ildə yazıb, 2022-ci ildə təsdiq aldıqdan sonra, cari ilin 17 may tarixində kitabın təqdimat mərasimi baş tutub.

Aytən Babayeva 1999-cu ildə Bakıda anadan olub. 2004-cü ildə ailəsi ilə birgə Fransaya köçüb. Məktəbi bitirdikdən sonra Fransanın Roan Normandiya bölgəsində Tibb universitetinə qəbul olub. Hal-hazırda 6-cı kurs tələbəsidir.

Həmyerlimizi təbrik edirik və daha böyük uğurlar arzulayırıq!

Foto Cenublu.az
Foto Cenublu.az

 

View this post on Instagram

 

A post shared by Cənublu.Az (@cenublu.az)

Lənkəranda samovara olan tələbat artmaqdadır
Aktual

Lənkəranda samovara olan tələbat artmaqdadır

Lənkəranda ilbəil samovarlara olan tələbat artır. Bununla bağlı ARB Cenub bu gün, 1 oktyabr tarixində reportaj hazırlayıb. Gündəlik rasiyonda adi çaydan çox istifadə edilir. Lakin əksər hallarda çaydan istifadə edənlər