SON XƏBƏRLƏR

Əməkdar artist Ruhəngiz Allahverdiyeva dünyaca məhur mahnını ifa edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 31 dekabr tarixində verir.

Onun paytaxtda yerləşən istirahət mərkəzlərinin birində “Gangnam Style” mahnısını oxuması tamaşaçıların marağına səbəb olub.

Qeyd edək ki, “Barbi” ləqəbi ilə tanınan müğənni Rühəngiz Allahverdiyeva 21 noyabr 1955-ci ildə Lənkəran rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra “Təranə gənclik” ansamblında müğənni kimi fəaliyyətə başlayıb. 1973-cü ildən başlayaraq əvvəl Filarmoniyada, daha sonra isə “Azkonsert” qastrol birliyində “Lalə” qızlar ansamblının solisti olub. O, keçmiş SSRİ məkanının bir çox şəhərlərində, o cümlədən Türkiyə, Almaniya, Macarıstan, Vyetnam, Əfqanıstanda qastrol səfərində olaraq Azərbaycan musiqi mədəniyyətini uğurla təmsil edib.

1976-cı ildə Azərbaycanda keçirilən “İstedadlar axtarırıq” festivalının qalibi olub.

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Qapalı Səhmdar Cəmiyyətinin solistidir. 15 may 2006-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb. 2 oğlu və bir qızı var.

Masallı lük
Yollarda vəziyyət

Masallıda açıq vəziyyətdə olan lük təmir olunub

Masallı şəhəri, H.Əliyev prospektində yağış suları üçün nəzərdə tutulan lükün açıq vəziyyətdə olması haqda məlumat vermişdik. Belə ki, Masallı şəhər İcra Hakimiyyətindən verilən məlumata əsasən, köhnə bazarın yaxınlığında, “Bank Respublika”nın