SON XƏBƏRLƏR

Bu gün lənkəranlı aktyor, Azərbaycan Yuğ Dövlət Dram Teatrının direktoru İslam Həsənovun ad günüdür. Onunu 57 yaşı tamam olur. Bu haqda məlumatı Cenublu.az verir.

İslam Həsənov 8 may 1965-ci ildə Lənkəran şəhərində anadan olub, M.A.Əliyev adına İncəsənət İnstitutunda təhsil alıb. “Meydan” və Gənc Tamaşaçılar Teatrında aktyor, Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində aparıcı, aparıcı-redaktor vəzifələrində çalışıb. Azərbaycan Teatr Xadimləri İttifaqında mətbuat xidmətinin rəhbəri , Teatr Xadimləri İttifaqı Prezidentinin müşaviri, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru və Sumqayıt Dövlət Musiqili Dram Teatrının direktoru olub. 2018-ci ildən Yuğ Dövlət Dram Teatrınının direktorudur. Bir neçə tamaşaya quruluş verib.

O, aktyor kimi “Gülüş sanatoriyası”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Yanmış körpülər”, “Əlvida”, “Müəmmalı yubiley”, “Susmuş vicdan” filmlərində oynayıb. “Durnalar qayıtdı” filminin prodüseri, “Tənha durna uçuşu” filminin isə direktoru olub.