SON XƏBƏRLƏR

Lənkəranda şahmat həvəskarları üçün turnir keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 25 noyabr tarixində verir.

26 noyabr saat 11:00-da başlanacaq turnir “Tor coffee shop”un nəzdində fəaliyyət göstərən “O biri otaq”da baş tutacaq.

Dövrəvi sistem üzrə keçiriləcək yarışda qalibləri pul mükafatı gözləyir. İştirak haqqı 3 manat təşkil edir.

Turnirdə iştirak üçün qeydiyyatdan keçmək lazımdır: (050) 531-92-94, (051) 568-44-41.

Ünvan: Qala xiyabanı, 13.