Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün “Yalançı Şahzadə” tamaşası nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 may tarixində verir.
Tamaşada Kralın rəssam oğlunun başına gələn hadisələrdən bəhs olunur. Kralın taxt-tacına sahib çıxmaq istəyən meşə qulduru hiylə ilə saraya yol tapır. Kralın oğlu isə yalançı şəhzadə olan meşə quldurunu ifşa etmək üçün mübarizəyə başlayır.
Tamaşa 13 və 14 may saat 12:00-da təqdim olunacaq. Biletləri teatrın kassasından əldə etmək olar. Qiymət 2 AZN təşkil edir.
Ətraflı məlumat üçün: (+994) 51 601 31 40; (025) 25 5 49 73.