SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrında “Yalançı Şəhzadə” tamaşası nümayiş olunacaq. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az Lənkəran Dövlət Dram Teatrına istinadən xəbər verir.

Tamaşada kralın rəssam oğlunun başına gələn hadisələrdən bəhs olunur. Kralın taxt-tacına sahib çıxmaq istəyən meşə qulduru hiylə ilə saraya yol tapır. Kralın oğlu isə yalançı şəhzadə olan meşə quldurunu ifşa etmək üçün mübarizəyə başlayır.

6 may saat 14:00, 7 may saat 10:00, 12:00-da nümayiş olunacaq tamaşa üçün biletləri teatrın kassasından əldə edə bilərsiniz.

Əlaqə nömrələri: (+994) 51 601 31 40; (025) 25 5 49 73.