Lənkəran Dövlət Dram Teatrında uşaqlar üçün “Arı pətəyi” tamaşası nümayiş olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində verir.
Emil Əskərovun Şəfahət Şəfinin eyniadlı pyesi əsasında hazırladığı “Arı pətəyi” tamaşası 12 noyabr saat 12:00-da başlayacaq. Biletin qiyməti 3 manat təşkil edir. Biletləri teatrın kassasından əldə etmək olar.
Əlavə məlumat üçün: (+994) 51 601 31 40; (025) 5 49 73.
Qeyd edək ki, ilk 30 biletin alıcıları 18 noyabr saat 16:00-da baş tutacaq “Bu da axırı!” monotamaşasına pulsuz bilet qazanacaqlar.