Lənkəranda açıq havada “Uşaqlar bizim gələcəyimizdir” adlı Uşaq Kitab Festivalı keçirilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində Lənkəran Regional Mədəniyyət İdarəsinə istinadən verir.
Açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov da iştirak ediblər.
Festivalda 10 mindən çox uşaq ədəbiyyatına aid kitabın endirimli qiymətlərlə satışı həyata keçirilir. Bundan başqa, uşaqlar üçün master-klaslar, feysart, əyləncəli və hədiyyəli oyunlar təşkil olunub.
Qeyd edək ki, festival Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Regional Mədəniyyət İdarəsi, “Secret kitab evi”nin təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin, Lənkəran Dövlət Dram Teatrının dəstəyi ilə həyata keçirilir.
Festival 4 iyuna kimi davam edəcək.