SON XƏBƏRLƏR

Lənkəranda “Mənim hüquqlarım” mövzusunda maarifləndirici tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.

Görüş rayonun Separadi kənd tam orta məktəbində baş tutub. “Uşaq Hüquqları Aylığı” çərçivəsində keçirilən toplantıda uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu, uşaq hüquqları sahəsində ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdən məlumat verilib.

Qeyd edək ki, tədbir Ombudsmanın Cənub Regional Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.