Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların hüquqlarını qoruyaq” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 noyabr tarixində verir.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili qrupunun baş inspektoru Fazil Bağırov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Cənub Regional İdarəsinin məsləhətçisi Emin Həmidli və təhsil işçiləri çıxışlar ediblər.
İştirakçılar, həmçinin məktəbin şagirdləri tərəfindən hazırlanan əl işləri sərgisinə baxış keçiriblər.