SON XƏBƏRLƏR

Lənkəranda 20 oktyabr – 20 noyabr tarixlərində elan olunan “Uşaq hüquqları aylığı” çərçivəsində maarifləndirici görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 noyabr tarixində verir.

Lənkəran şəhər 5 saylı körpələr evi-uşaq bağçasında keçirilən görüşdə mütəxəssislər tərəfindən Azərbaycan təbiəti, flora və faunası, ətraf mühitin qorunması sahəsində keçirilən tədbirlər barədə məlumatlar verilib.

Eyni zamanda uşaqlarda təbiətə qarşı sevgi və diqqətin artırılması məqsədilə şagirdlərlə məktəbin həyətində ağacəkmə aksiyaları təşkil edilib.