Lənkəranda üçəm dünyaya gəlib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 yanvar tarixində verir.
Belə ki, Lənkəran Regional Perinatal Mərkəzində hamiləliyin 38-ci həftəsində qeysəriyyə əməliyyatı ilə çəkiləri 2000 qr, 2200 qr və 2500 qr olmaqla üç körpə qız dünyaya gəlib.
Əməliyyatı mərkəzin həkim-ginekoloqu İlhamə Nağıyeva, cərrah Mirtahir Babayev, reanimatoloq İlqar Rəhimov uğurla başa çatdırıblar. Körpələr neantoloq İlhamə Axundovanın nəzarəti altında müvafiq şöbəyə yerləşdiriliblər və vəziyyətləri stabildir.