SON XƏBƏRLƏR

Lənkəranda “Twiks” intellektual turniri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 iyun tarixində Lənkəran Klubuna istinadən verir.

26 iyun tarixində keçiriləcək “kviz”də iki nəfərdən ibarət komandanızı toplayaraq qeydiyyatdan keçə bilərsiniz.

14:00-da baş tutacaq turnirdə qalib komanda Lənkəran Klubu tərəfindən mükafatlandırılacaq.

Yarışın keçirilmə məkanı barədə qeydiyyatdan keçən komandalara məlumat veriləcək. Komanda sayı 12-yə çatacağı halda turnir keçiriləcək.

Qeydiyyatdan keçmək istəyən komandalar +994 55 683 69 30 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Yerlər məhduddur.

Son qeydiyyat tarixi: 25 iyun, 14:00-a qədərdir.