SON XƏBƏRLƏR

Lənkəranda “Turizmdə bələdçilik” mövzusunda maarifləndirici təlim keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 iyun tarixində verir.

Təlim zamanı Lənkəran KOBİM-in peşəkar eksperti Samir Salayev aşağıdakı mövzulardan danışacaq:

  • “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu;
  • Turizmin sahələri və tipləri;
  • Azərbaycanda turizm və yardımçı sektorlar;
  • Bələdçinin şəxsiyyəti;
  • Turizm və mədəniyyət obyektləri;
  • Bələdçilik fəaliyyəti;
  • Bələdçilik və ekskursiya;
  • Bələdçinin maddi və mənəvi hazırlığı;
  • Bələdçi-turist münasibətləri.

Təlim 1 iyun saat 11:00-da baş tutacaq.

Təlimdə iştirak etmək üçün (+994) 77 332 57 76 nömrəsi ilə əlaqə saxlaya və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.