SON XƏBƏRLƏR

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və “Təbiət Dostları” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə 29-30 Yanvar 2023-cü il tarixində Lənkəranda “Tullantıların İdarə edilməsi və Ekoloji Maarifləndirmə” mövzusunda düşərgə təşkil olunacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 yanvar tarixində verir.

Düşərgəyə qatılmaq istəyən şəxslər e-ərizə formalarını dolduraraq qeydiyyatdan keçə bilərlər.

Layihə bir neçə mərhələdə keçiriləcək. İlkin olaraq, düşərgə formatında başlayan layihədə daha sonra “Tullantıların İdarə edilməsi” mövzusunda müzakirələr (“Green Drinks” görüşlər) və ekskursiyalar (Təmiz Şəhər ASC) təşkil ediləcək.

Layihənin əsas ideyası tullantıların idarə edilməsi prosesinin əhəmiyyətinin gənclərə izah edilməsi və tullantıların iqlim dəyişikliklərinə təsiri mövzusunda məlumatlılığın artırılmasıdır.

Layihənin hər bir mərhələsində iştirak edə bilən və ekoloji sahədə təhsil alan gənclərə üstünlük veriləcək:

  • “Ekologiya və ətraf mühitin mühafizəsi” ixtisasında təhsil alan tələbələr;
  • 18 – 35 yaş aralığında olan gənclər;
  • Tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi haqqında məlumat əldə etmək istəyənlər.

Müraciət üçün son tarix 24 Yanvar 2023-ci il / 23:59. Bunun üçün aşağıdakı linkdən qeydiyyatdan keçə bilərsiniz: https://rb.gy/rmqfkh

Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü