Lənkəranda kamança ifaçısı Taryel Əliyevin 85 illik yubileyinə həsr olunmuş tədbir təşkil olunacaq. Bu haqda bu gün, 26 may tarixində Cenublu.az Lənkəran şəhər Heydər Əliyev Mərkəzinə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında” layihəsi çərçivəsində silsilə tədbirlər davam edir. 27 may saat 11:00-da Taryel Əliyevə həsr edilmiş səndli film təqdim olunacaq.