Lənkəran şəhər Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş sərgi-satış yarmarkası keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 mart tarixində verir.
Sərgidə Lənkəran Peşə Təmayüllü Siniflərin və Masallı Peşə Təmayüllü Siniflərin şagirdlərinin əl işlərindən ibarət işlər satışa çıxarılıb.
Tədbirdə Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov, Peşə Təmayüllü Siniflərinin Təşkili Layihəsinin nümayəndəsi Fəridə Ağayeva, məktəb direktorları, şagirdlər və digər qonaqlar iştirak ediblər.
Yarmarkada Novruzun atributları olan Kosa və Keçəlin çıxışları, Peşə Təmayüllü Siniflərin təşkil etdiyi rəqs, şeir və səhnəciklər alıcılara bayram əhvali-ruhiyyəsi yaşadıb.
Keçirilən sərgi-satış yarmarkasında toplanan vəsait ənənəyə uyğun olaraq, uşaq evlərinə sərf ediləcək.