Lənkəranda şəhid Tural Hümmətova həsr olunan “Nakam ömrün akkordları” adlı filmin təqdimatı baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 1 noyabr tarixində verir.
Təqdimat mərasimi Lənkəran şəhər Mədəniyyət Mərkəzində 3 noyabr saat 15:00-da baş tutacaq.
Qeyd edək ki, filmin rejissoru Anar Kəkəyev, quruluşçu operatoru isə Habil Əliyevdir. Giriş sərbəstdir.