SON XƏBƏRLƏR

Lənkəranda 2 fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar Gənclər və İdman Nazirliyi tərəfindən “Sağlam gənclik” adlı açıq əyləncəli idman tədbiri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində verir.

Tədbir 27 yanvar 2023-cü il tarixində saat 11:30-dan 13:00-dək Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Lənkəran Şəhər Heydər Əliyev Xatirə parkında, Gənclər Mərkəzinin qarşısında baş tutacaq.

Tədbirdə müxtəlif idman növləri üzrə (şahmat, dama, atletika, gimnastika, ağır atletika, voleybol, tennis idman növləri) yarışlar olacaq.

Qalib gənclərə sertifikatlar təqdim olunacaq.