SON XƏBƏRLƏR

Lənkəran Dövlət Dram Teatrında İntiqam Hacılının müəllifi və quruluşçu rejissoru olduğu “Qar qızın axtarışı” nağıl-tamaşasının premyerası baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 dekabr tarixində verir.

Tamaşanın premyerası 23 dekabr saat 10.00-da olacaq. Əlavə olaraq, “Qar qızın axtarışı” nağıl-tamaşası 24 dekabr saat 9.30-da və 25 dekabr saat 10.00-da və 12.00-da nümayiş etdiriləcək.

Biletlər teatrın kassasında satılır.

Əlavə məlumat üçün (051) 601-31-40 mobil telefon nömrəsi ilə teatrın baş inzibatçısı Namiq Ağayevlə əlaqə saxlaya bilərsiniz.