SON XƏBƏRLƏR

Lənkəranda yerləşən “O biri otaq”da qadınlar üçün meditasiya təlimi keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 noyabr tarixində verir.

Təlim 6 noyabr saat 11:00-da Nigar Nurullayevanın təqdimatında baş tutacaq. Görüşdə meditasiyanın tarixi, faydaları, diqqət, fokuslanma və nəfəs texnikaları haqqında danışılacaq, eyni zamanda praktik çalışmalar keçiriləcək.

İştirak ödənişsizdir. Qeydiyyat üçün: (050) 531-92-94.