Lənkəranda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və qadın siyasəti” “Özünü kəşf et 2” layihəsi çərçivəsində Lənkəran, Cəlilabad, Astara, Masallı rayon sakinləri üçün “Qadın gücünə güc” adlı tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində verir.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və “Siberian wellness”- Sibir Sağlamlıq Şirkətinin dəstəyi ilə keçirilən tədbirdə mərkəzin direktoru Reyhanə Sadıxova xeyriyyəçilik ənənələrini sevən və yaşadan hər bir “Siberian wellness” əməkdaşı ilə birlik və dostluq əlaqələrindən məmnunluq duyduğunu bildirib.
Şirkət incəlik və diqqət göstərərək iştirakçılara hədiyyələr bağışlayıb və onlarla mənəvi söhbətlər apararaq gələcəkdə həyata keçiriləcək layihələrdə birgə əməkdaşlıq haqqında müzakirələr edib.