Lənkəranda yerləşən “O biri otaq”da “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir.
İlk oyun 11 fevral saat 12:00-da baş tutacaq. İştirak edəcək komanda sayı limitli olduğundan qeydiyyatdan keçmək mütləqdir. Hər komandada 3 nəfər iştirakçı olmalıdır. Qalib komandaya mükafat təqdim olunacaq.
Giriş 2 manat təşkil edir.
Qeydiyyat üçün əlaqə nömrəsi: 050 531 92 94.