Lənkəranda ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Mən azərbaycanlıyam!” istedad müsabiqəsinin yarımfinal mərhələsi təşkil olunub. Bu haqda bu gün, 16 may tarixində Cenublu.az Lənkəran Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Regional Mədəniyyət İdarəsinin Lənkəran şəhər Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən müsabiqəyə aktyorluq, bədii qiraət və rəqs istiqamətləri üzrə 80-dən çox iştirakçı qatılıb. Onların məharəti tanınmış rejissor, aktyor, qiraətçi və pedaqoqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin final mərhələsi may ayının 27-də keçiriləcək.