Lənkəran şəhərində orta məktəb şagirdləri üçün “Xəzər dənizi və su hövzələrində boğulma”, “Yanğın təhlükəsizliyi” mövzularına həsr olunmuş görüş keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 noyabr tarixində verir.
Belə ki, tədbir H.Hüseynov adına Çay fabriki qəsəbə tam orta məktəbində təşkil olunub.
Burada məktəbin direktoru S.Quliyev, tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini F.Ağayev və məktəbin hərbi hazırlıq rəhbəri N.Kərimov şagirdlərə yanğın zamanı davranış qaydaları, Xəzər dənizi və su hövzələrində boğulma təhlükəsi haqqında geniş məlumat veriblər.
Sonda şagirdlərə mövzularla bağlı videoçarx təqdim edilib.