SON XƏBƏRLƏR

“Lənkəran Peşə Təmayüllü Siniflər” şagirdlərin peşə sinifləri ilə tanış ola bilmələri üçün açıq qapı keçirəcək. Bu haqda bu gün, 22 dekabr tarixində Cenublu.az “Lənkəran Peşə Təmayüllü Siniflər”ə istinadən xəbər verir.

“Açıq qapı” ayı çərçivəsində Lənkəran şəhər T. Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfində açıq qapı təşkil olunacaq. Tədbir 22 dekabr saat 11:00-da baş tutacaq.

Bu dəfə qapılar Lənkəran məktəbliləri üçün açılacaq. Qeyd edək ki, tədbirdə bütün məktəblilər iştirak edə bilərlər.