Lənkəranda “Antikorrupsiya və etik davranış qaydaları” mövzusunda maarifləndirici təlim baş tutacaq. Bu haqda bu gün, 4 may tarixində Cenublu.az Lənkəran KOB İnkişaf Mərkəzinə istinadən xəbər verir.
Tədbir mayın 5-də Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən keçiriləcək. Təlim zamanı KOBİM-in peşəkar eksperti Hümmət Əliyev aşağıdakı mövzular haqda məlumat verəcək:
– Korrupsiya anlayışı;
– Vəzifəli şəxs kimdir;
– Korrupsiya hüquqpozmaları və korrupsiya şəraiti yaradan hüquqpozmalar hansılardır;
– Korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxsin dövlət müdafiəsi, bu sahədə müraciətə baxılması;
– Etik davranış qaydaları.
Saat 10:00-da keçiriləcək təlimdə iştirak etmək üçün (+994) 77 332 57 76 nömrəsi ilə əlaqə saxlaya və ya l[email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.
Qeyd edək ki, Lənkəran KOBİM tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.