Lənkəran şəhərində kros qaçışı üzrə idman turniri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarixində verir.
9 Noyabr – Bayraq Gününə həsr olunmuş tədbir 4 noyabr tarixində saat 15:00-da Olimpiya İdman Kompleksində baş tutacaq. Yarış proqramına 900 metr məsafəyə qaçış daxildir.
Turnirdə bütün yaş kateqoriyalarından olan şəxslər iştirak edə bilərlər. Bunun üçün şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır.
İlk 3 yerin sahiblərinə medal və diplom təqdim olunacaq.
Qeydiyyat və əlavə məlumat üçün: 051 537 03 83.