SON XƏBƏRLƏR

Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərən Lənkəran Şəhər Gənclər və İdman İdarəsi könüllülük proqramına start verir. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az idarəyə istinadən xəbər verir.

Gənclərin bol təcrübə qazana, yeni biliklər əldə edə, həmçinin əyləncəli tədbirlərdə iştirak edə biləcəyi könüllülük proqramına başlanılıb.

Lənkəran şəhərinin gənclər siyasətində iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunmuş linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://forms.office.com/r/vafKfqnuuh