SON XƏBƏRLƏR

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə Lənkəranda yarmarka keçiriləcək. Bu haqda məlumatı bu gün, 30 aprel tarixində Cenublu.az KOBİA-ya istinadən xəbər verir.

“KOB fest” adlı sərgi-satış yarmarkasının keçirilməsində əsas məqsəd mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsul və xidmətlərin geniş istehlakçı auditoriyasına təqdim edilməsi və satışına dəstək olmaq, eləcə də yerli məhsulların tanıdılmasıdır.

14 may Lənkəran şəhərində baş tutacaq satış-sərgidə sahibkarlar arasında “B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar tərəfindən master-klasslar təşkil olunacaqdır. Yarmarka zamanı Lənkəran KOBİM tərəfindən göstərilən xidmətlər haqda məlumatlar veriləcək.