SON XƏBƏRLƏR

Bu gün Lənkəranda keçirilən Çay festivalının ikinci günüdür. Bu haqda məlumatı Cenublu.az verir.

Festival Lənkəran şəhər Heydər Əliyev xatirə parkında açıq havada 3 gün – 4-6 iyun 2023-cü il tarixlərində davam edəcək.

Festivalda iştirakçılara müxtəlif animasiyalar, sürpriz hədiyyələr və məşhur müğənnilərlə əyləncə təqdim olunur. Sənan Şəfizadənin aparıcılığı ilə keçirilən tədbirə lənkəranlı “Nənələr qrupu”, Jafarlinsky Band, Əməkdar artist Ədalət Şükürov və DJ Elax rəng qatacaqlar. Festivalda hədiyyələrlə dolu yarışmalar, milli adət-ənənələrimizə uyğun oyunlar keçirilir.

Festivala gələn hər kəs “Azerçay” çaylarını dada bilər.

Qeyd edək ki, festival Lənkəran Şəhər İcra Hakimiyyətinin və “Azerçay”ın təşkilatçılığı ilə keçirilir.