SON XƏBƏRLƏR

Lənkəranda iş həyatına atılmaq istəyən gənclər üçün faydalı təlim təşkil olunacaq. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az “O biri otaq”a istinadən xəbər verir.

Rotaract Club of International-ın təşkilatçılğı ilə 21 Yanvar tarixində O biri otaqda “İş həyatında ilk addımlar” adlı interaktiv təlim keçiriləcək. Təlimdə öz işinin qurulması, ölkədəki iş imkanları, işəgötürənlərin namizədlərə yanaşması və s. müzakirə ediləcək.

Görüşdə təlimçi Kristina Məmmədova və Layihə meneceri Nihad Mansur oğlu söz sahibi olacaqlar. Kristina Məmmədova Azərbaycan Sahibkarlar Konfederasiyasında baş katib vəzifəsində çalışır. Biznes təlimçisi və mentoru, eyni zamanda Odlar Yurdu Universitetində müəllimdir.

Nihad Mansur oğlu “Speaky Education Center”-in təsisçisi və rəhbəridir, bu günədək 150-dən çox seminar və məzun görüşlərində çıxış edib, 273 gəncin işlə təmin olunmasında pay sahibi olub.

Təlim 12:00-da başlayacaq. Qeydiyyatdan keçmək üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz: 050 531 92 94