Lənkəranda yerləşən “O biri otaq”da növbəti “Açıq mikrofon” keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.
Belə ki, 13 noyabr saat 14:00-da keçiriləcək “Açıq mikrofon”un bu dəfəki qonağı Lənkəran Dövlət Dram Teatrının direktor müavini, prodüser və rejissor İntiqam Hacılı olacaq. O, “İlk film çəkmək təcrübəsi” mövzusunda görüş keçirəcək. Müəllif kiçik büdcə ilə film çəkmək, həvəskar aktyorlarla işləmək və festivallarda iştirak etmək təcrübəsini bölüşəcək.
Görüşdə iştirak etmək istəyənlər (050) 531-92-94 nömrəsi ilə qeydiyyatdan keçə bilərlər.
İştirak ödənişsizdir.