“O biri otaq” sosial biznes platformasının təşkilatçılığı ilə sakinlər üçün film gecəsi keçiriləcək. Bu haqda bu gün, 29 dekabr tarixində Cenublu.az platformaya istinadən xəbər verir.
İlin son film gecəsi 31 dekabr saat 15:00-da baş tutacaq. Elmi-fantastik janrda olan “Snowpiercer” filminin nümayişi “Tor coffee shop”da keçiriləcək.
Girişi 3 manat təşkil edən kino gecəsində izləyicilərə popcorn və cola hədiyyə olunacaq. Qeydiyyat üçün 050 531 92 94 nömrəsi ilə əlaqə saxlamaq lazımdır.