Lənkəranda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 noyabr tarixində verir.
İlk öncə tədbir iştirakçıları ulu öndərin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər, Heydər Əliyev Muzeyi ilə tanış olublar. Daha sonra “Heydər Əliyev 100” adlı sənədli filmi nümayiş olunub.
Çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Azərbaycan Respublikası Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Fuad Məmmədov və Hərbi Prokurorluğun mətbuat xidmətinin rəisi Firad Əliyev ulu öndər Heydər Əliyev barədə geniş məruzə ediblər.
Qeyd edək ki, tədbir Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanlığının təşkilatçılığı və Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə baş tutub.