Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin “Söz” ədəbi məclisi “H.Əliyev ili” çərçivəsində növbəti tədbirini keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 yanvar tarixində verir.
Tədbir 28 yanvar saat 11:00-da “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda təşkil olunacaq. Maraqlı olanlar dəvətlidirlər.