SON XƏBƏRLƏR

Lənkəranda Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Həyəcanın Yaşı Yoxdur” adlı kütləvi idman və gənclər tədbiri keçiriləcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən verir.

Tədbir 24 dekabr saat 11:00-dan Lənkəran Şəhər Heydər Əliyev Xatirə parkında, Gənclər Mərkəzinin qarşısında baş tutacaq. “İdman hamı üçün” layihəsi çərçivəsində baş tutacaq tədbirdə müxtəlif idman növləri üzrə (şahmat,dama, atletika, gimnastika, ağır atletika, voleybol, tennis idman növləri) yarışlar, əyləncəli idman oyunları və intellektual oyunlar keçiriləcək, Şaxta baba və Qar qız uşaqları əyləndirən maraqlı çıxışlar edəcəklər.

Yarışlarda qalib gələn uşaq və yeniyetmələrə diplom və hədiyyələr təqdim olunacaq.

Qeyd edək ki, kütləvi idman tədbirinin təşkilində əsas məqsəd əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.