SON XƏBƏRLƏR

Uşaq, yeniyetmə və gənclərin maraq, meyil və bacarıqlarının, intellektual səviyyələrinin, yaradıcılıq qabiliyyətlərinin inkişafı, fiziki cəhətdən sağlam böyümələri üçün əlverişli şəraitin yaradılmasında məktəbdənkənar təhsilin böyük rolu var. Bu səbəbdən Cenublu.az oxucuları üçün Lənkəranda fəaliyyət göstərən dərnəklər haqda məlumat verir.

Belə ki, Lənkəran şəhər Mədəniyyət Mərkəzində aşağıda qeyd olunan dərnəklər fəaliyyət göstərir:

  • Kompüter kursları;
  • Rəssamlıq;
  • Fortepiano və vokal;
  • Qızlar və oğlanlar üçün rəqs;
  • Toxuculuq və həsirçilik kursları.

Kurslar peşəkar müəllimlər tərəfindən keçirilir. Belə ki, rəqs dərsləri tanınmış müğənni Elgün Əlizadə və tanınmış rəqqasə Elnarə xanım, rəssamlıq dərsləri Elazə müəllimə, fortepiano və vokal dərsləri Sevinc müəllimə, toxuculuq və həsirçilik dərsləri isə Gülay Feyzullayeva tərəfindən keçirilir.

Qeyd edək ki, kursu uğurla bitirənlərə sertifikatlar və diplomlar təqdim olunur.

Ətraflı məlumat və yazılmaq üçün: (050) 243- 68-43 – Lənkəran şəhər Mədəniyyət Mərkəzinin direktoru Anar Kəkəyev.

Lənkəran şəhər Mədəniyyət Mərkəzi Zərifə Əliyeva prospekti, 99 ünvanında yerləşir.