SON XƏBƏRLƏR

Lənkəranda gənclərin iştirakı ilə “Həmrəylik yarışı” keçiriləcək. Bu haqda bu gün, 26 dekabr tarixində Cenublu.az Lənkəran şəhər Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.

Yarışma “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Şuşa İli” münasibətilə baş tutacaq. 27 dekabr saat 12:00-da keçiriləcək turnir Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Bilik yarışması VI-IX sinif şagirdləri arasında Gəgiran kənd tam orta məktəbində təşkil olunacaq.

Yarışda qalib komandaya kubok və sertifikat təqdim olunacaq.